
Elvin Əhmədov 1990-cı il fevralın 3-də Salyanda anadan olub. Bakı şəhəri Nizami Rayonundaki 10 saylı məktəbdə təhsil alıb. 2007-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar və tədbirlər rejissoru fakültəsinə qəbul olub. 2008–2009-cu illərdə Dövlət Sərhəd qoşunlarında xidmət edib. onlarla film və seriallarda fərqli obrazlar yaradıb. Baş rolda iştirak etdiyi "Dolu" bədii filmi 2013-cü ildə "Zirvə" mükafatına layiq görülüb.