
N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyir. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub. Teatr fəaliyyəti ilə yanaşı, "Durnalar qayıdanda" filmində sovet zabiti, "Qəzan mübarək, Paşam" filmində general Əliağa Şıxlinski obrazlarını ifa etmişdir. 12 iyun 2024-cü ildə Lənkəran şəhərində uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında vəfat edib.