
Cəmilə Tağıyeva 24 iyul 1987-ci il Bakı şəhərində anadan olub. 1994-cü il Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbdən məzun olaraq Azərbaycan Dövlət Kooperasiya kollecinə daxil olub. 2007-ci il Dövlət Kooperasiya kollecinin məzunu olub 2009-cu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olub. 2013-cü il həmin universiteti fərqlənmə ilə bitirərək məzun olub. Xarici film istehsalçılarının "Ana yurdum" (2012 / İran) və "Əli və Nino" (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmlərində çəkilib.