
Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır. Köç və karyera artımı səbəblərindən birinci kursdan təhsildən ayrılmışdır. İlk fəaliyyət illərində Azəravtoyol QSC nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışmışdı. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərmişdi. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib. 2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublarının (Z CLUB) əsasını qoyub. İctimaiyyət tərəfindən tələbolunan tədbirlər təşkilatçı kimi fəaliyyət göstərib. 2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Hal-hazırda aktyor 50-dan çox filmdə çəkilib. Azər Aydəmir 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən Azercell şirkətinin uğurlu rebrendinqindən sonra, Azər Aydəmir Azercell Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel olaraq, hal-hazırda Azər Aydəmir, İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Həmçinin A. Aydəmir Çex respublikasının avtomobil markası olan Skoda brendinin Azərbaycan üzrə səfiridir. İctimai Televiziya ilə fəaliyyəti isə gündəlik sosial-analitik Sabaha Saxlamayaq axşam tok-şousunun aparıcılığı ilə başlayıb. (2019–2021) Bundan əlavə (Discovery Science) tv kanalının "How the universe is works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasını aparıb.