
Quliyev Araz Zakir oğlu 20.01.1997-ci ildə anadan olub. 2024-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasını bitirib. "Fraşa-Kriti" (Frasha-Criti) onun diplom və ikinci işidir. Bundan əvvəl isə kurs işi kimi "Atam üçün yeni il" filmini çəkib. Fraşa-Kriti filmi 2025-ci ildə keçirilən DokuBaku beynəlxalq sənədli filmlər festivalının DokuEco bölməsində xüsusi mükafata (special mention) layiq görülüb.