
Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır. O, burada Mərvan (B. Vahabzadə "Fəryad"), Qoşqar (K. Kərimov "Cəzasız günah"), Rasim (Q. Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş. Qurbanov "Əcəb işə düşdük"), Ər (R. Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ. Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris, Paris…"), Şöklü Məlik (N. Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə. Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B. Brext "Oyuncaq ev" H. İbsen), Xondulu, Rəşid (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Durmişxan (O. İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A. Kristin "Tələ"), Dövran (H. Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə. Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir. Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar.