
Rauf Qurbanəliyev 2 aprel 1988-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olub. 1990-cı ildə Bakı şəhərində məskunlaşıb. İlk təhsilini 1995–2006-cı illərdə Bakı şəhər N. Nərimanov rayonu 82 saylı orta pilot məktəbində alıb. 2006–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq fakültəsini bitirib. 2011–2012-ci illərdə film şirkətində çalışmışdır. 2010–2011-ci illərdə Naxçıvan M/R–da Hərbi xidmətdə olmuşdur. 2011–2012-ci illərdə Azerbaijan İnternational Filming (AİF-company) Kino şirkətində Quruluşçu Operator vəzifəsində çalışmışdır.