
Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.