
Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş, 2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olmuşdur, sonra "Bozbash Pictures" layihəsində rol almışdır. 2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərmiş və Sərvər obrazını canlandırmışdır. 2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Azad Azərbaycan TV-də yayımlanan Buğlama serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın xalq artisti Yaşar Nurinin bacısı oğludur. İlham Namiq Kamalın və Teymur Əmrahın yanında özəl dərslər almışdır.