
İlkin Yaşar oğlu İmanov — Azərbaycanlı rejissor və ssenarist. 2006-cı ildən televiziya və kino sənayesində fəaliyyət göstərir. "Gələrsən görərsən" tammetrajlı bədii filminin quruluşçu rejissoru və ssenaristi, "Leninə məktub" sənədli filminin rejissoru, "Qırmızı" qısametrajlı bədii filminin rejissoru və ssenaristi, "Hoqqa" bədii filminin ssenaristi Space TV, MTV, ATV və Xəzər TV kimi kanallarda rejissor və ssenarist kimi çalışıb. İlkin İmanov həmçinin 14-dən çox musiqi klipinin də rejissorudur. Onun üslubunda sənədli müşahidə ilə bədii dramaturgiya arasında körpü qurulur — hər layihə real insan hekayəsindən güc alır, ekrana isə kinomatik bir dillə köçürülür.