
Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.